“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasında “Real”la oyunla bağlı gözləntilərini bölüşüb.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis öz amıqlamasında bunları qeyd edib:
“Biz bu klubun tarixində mühüm səhifələr yazmaq məsuliyyətini daşıyırıq. Son illərdə bu klub yüksək standartlara çatıb, biz də tarixin digər səhifələrini yazmalıyıq. Mourinyo mənim üçün xüsusi insandır, onunla qarşılaşmağımız mənim üçün böyük şans oldu. O, həyatımın ən çətin anında mənə əl uzatdı və mən bunu heç vaxt unutmayacağam. Mən heç vaxt heç kimi təqlid etməmişəm, öz futbol fəlsəfəm var. Bu fəlsəfə futbolçu karyeram və gənclər sektorunda çalışdığım illər ərzində formalaşıb. Həmin dövrdə mənə sonrakı illərdə işimə yarayan müxtəlif şeyləri sınaqdan keçirmək imkanı verilmişdi.
“Bernabeu”da oynamaq heç kim üçün asan deyil. “İnter” burada artıq 60 ildir qalib gəlməyib. Bir çox komandalar burada qələbə qazanmaqda çətinlik çəkib. Biz əlimizdən gələni edəcəyik, amma özümüzə xəyanət etməyəcəyik: biz dominantlıq etmək, inkişaf etdiyimizi göstərmək istəyirik. “Real”a qarşı mübarizə aparmağın ideal yolu isə yoxdur”.
saytlarin hazirlanmasi
