"Araz-Naxçıvan"ın legioneri milli komandaya çağırıldı

15:51 - 9 Sentyabr 2026

"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə dəvət olunub.

Sportal.az xəbər verir ki, futbolçu ölkəsinin sentyabrın 25-də səfərdə Toqo, 4 gün sonra – ayın 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan siyahıya daxil edilib.

Dəvətə əsasən, forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.

Xəbər xətti