17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstanın U-17 yığması ilə ikinci yoldaşlıq oyununu keçirib.
Sportal.az xəbər verir ki, “Dalğa Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma Gürcüstan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflər arasında sentyabrın 6-da baş tutan ilk görüşdə Gürcüstan millisi 1:0 hesabı ilə qalib gəlmişdi.
saytlarin hazirlanmasi
