"Dinamo" rəsmisindən Ülvi Babayevlə bağlı açıqlama

15:57 - 10 Sentyabr 2026

Mahaçqalanın "Dinamo" klubunun baş direktoru Şamil Qazızov klubun Moskva "Dinamo"sunun futbolçusu Ülvi Babayevi icarəyə götürmək niyyəti barədə yayılan məlumata münasibət bildirib.

Sportal.az xəbər verir ki, Qazızov mahaçqalıların həmin oyunçuya maraq göstərdiyini bildirib:

​"Şayiələri şərh edə bilmərəm. Bəli, Babayev klubumuzun maraq dairəsində olub və olaraq qalır. Mən öz tərəfimdən indi bir sıra səbəblərə görə heç nəyi sürətləndirməzdim".

​Babayev Moskva "Dinamo"sunun yetirməsidir. O, əsas komandanın heyətində 26 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.

Xəbər xətti