Yamal Arda Gülərin rekordunu yenilədi

16:13 - 10 Sentyabr 2026

"Barselona" futbolçusu Lamin Yamal Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun "Feyenoord"la matçında cərimə zərbəsindən fərqlənib.

Sportal.az xəbər verir ki, ispaniyalı vinger ikinci hissənin sonlarında Niderland təmsilçisinin qapısına yol tapıb.

​"Opta" analitik portalının məlumatına görə, 19 yaşlı futbolçu "Real"ın türkiyəli yarımmüdafiəçisi Arda Gülərin nailiyyətini üstələyib. Yamal İspaniya klubları tarixində Çempionlar Liqasında birbaşa cərimə zərbəsindən qol vuran ən gənc oyunçu olub.

​Xatırladaq ki, Hansi Flikin yetirmələri "Feyenoord" üzərində 5:1 hesablı qələbə qazanıblar. "Barselona" turnirin ​2-ci turunda "Qalatasaray"ın qonağı olacaq.

Xəbər xətti