Braziliyanın "Botafoqo" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi azad agent statusunda olan Hakim Ziyeşi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mərakeş millisinin üzvü ilə 2028-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Hakim Ziyeşin son klubu ölkəsində "Vidad" olub. Təcrübəli futbolçu daha əvvəl "Tvente", "Ayaks", "Çelsi", "Qalatasaray" kimi klubların formasını geyinib.
saytlarin hazirlanmasi
