Burak Yılmaz Super Liqa klubunda - RƏSMİ

13:44 - 25 Sentyabr 2026

Türkiyənin "Çorum" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Burak Yılmazın son iş yeri bu ilin aprelində ayrıldığı "Qaziantep" olub. "Çorum" isə ötən gün Uğur Uçarla yollarını ayırıb.

Xəbər xətti