"Güclü komandaya qarşı çətin oyun olacaq" - Zidan Türkiyə ilə matç barədə

14:36 - 25 Sentyabr 2026

Fransa milli komandasının baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasında Türkiyəyə qarşı keçiriləcək qarşılaşma haqqında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 54 yaşlı mütəxəssis güclü komandaya qarşı oynayacaqlarını bildirib:

"Güclü komandaya qarşı çətin oyun olacaq. Həm topla, həm də topsuz vəziyyətdə yaxşı oynamalıyıq. ​Türkiyə çox güclü komandadır. Dünya çempionatından mübarizəni erkən dayandırsalar da, onlar daha artığına layiq idilər. Şübhəsiz ki, onlar bizə çətinliklər yaradacaqlar.

​Bu, Didye Deşamın 14 il əvvəl başladığı işin davamıdır. Əsas fiqurlar futbolçulardır. Mən öz heyətimlə işimi görmək, oyunumuzu təkmilləşdirmək və qələbələr qazanmaq niyyətindəyəm. Mənim üçün ən vacib məqam budur. ​Gördüklərimdən razıyam. Məqsədim əvvəllər dəvət olunmamış gənc oyunçuları yoxlamaq idi. Fransa millisi hər kəs üçün açıqdır. Təcrübəli və gənc oyunçulardan ibarət gözəl kollektivimiz var. Bu, əladır".

​Xatırladaq ki, Türkiyə - Fransa qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Xəbər xətti