Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Şahdağ Qusar" yoxlama oyununda qüvvəsini sınayıb.
Sportal.az xəbər verir ki, Füzuli Məmmədovun yetirmələri "Mingəçevir"lə üz-üzə gəliblər. Qarşılaşma Şimal bölgəsi təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
"Şahdağ Qusar"ın heyətində İdir Butrif dubl, Arsene Dauda het-trik edib. Digər qolları isə Aqil Nəsibov, Famil Camalov və Dalton vurub.
saytlarin hazirlanmasi
