Endrik “Milan”a keçə bilər.
Soortal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, hücumçunun “Real"da kifayət qədər oyun vaxtı almaması Braziliyada ciddi müzakirələrə səbəb olub. Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin 20 yaşlı futbolçuya inkişafını sürətləndirmək üçün yanvarda yeni klub tapmağı tövsiyə etdiyi bildirilir.
“Milan” hələ yayda Endriki transfer etməkdə maraqlı olub və hətta onun agentləri ilə görüşüb. “Rossoneri” qışda bu keçidi yenidən reallaşdırmağa cəhd edə bilər. Futbolçu ilə maraqlanan digər klub isə “Roma”dır.
“Real" Endriki satmağa hazır deyil, lakin onun icarəyə verilməsi variantını nəzərdən keçirə bilər. Yaxın həftələrdə baş məşqçi Joze Mourinyonun hücumçu ilə birlikdə gələcəyi ilə bağlı qərar verəcəyi gözlənilir.
Endrik bu mövsüm La Liqada cəmi bir matçda iştirak edib və 86-cı dəqiqədə meydana daxil olub.
saytlarin hazirlanmasi
