"Sabah"ın forvardı fərqləndi, komandası qazandı - VİDEO

09:57 - 26 Sentyabr 2026

"Sabah"ın forvardı Coy-Lens Mikels Ruanda millisinin heyətində rəsmi debüt edib.

Sportal.az xəbər verir ki, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya ilə görüşdə iştirak edib.

Meydana start heyətində çıxan Mikels 44-cü dəqiqədə penaltidən fərqlənib. Qollardan birini də sabiq "Zirə"li Leroy Mikels vurub.

"Zirə"nin müdafiəçisi Ange Mutsinzi də bu oyunda meydana çıxıb. Qarşılaşma Ruanda 3:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Xəbər xətti