"Qarabağ"ın qapıçısı Polşaya qarşı meydana çıxdı, komandası uduzmadı

13:22 - 26 Sentyabr 2026

UEFA Millətlər Liqasının B Liqasının ilk turu çərçivəsində Polşa yığması öz meydanında Bosniya və Herseqovina millisini qəbul edib.

Sportal.az xəbər verir ki, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Bosniya və Herseqovinanın qapısını "Qarabağ"ın qapıçısı Martin Zlomişliç qoruyub.

O, sona qədər meydanda olub.

"Sabah"ın futbolçusu, Polşa millisinə dəvət edilmiş Timoteuş Puxaç meydana çıxmayıb.

Xəbər xətti