Azərbaycanda işləmiş mütəxəssis bu ölkənin milli komandasına baş məşqçi təyin edildi

13:48 - 26 Sentyabr 2026

Gürcüstan millisinin baş məşqçi postunda dəyişiklik edilib.

Sportal.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyası Villi Sanyolla yollar ayrılıb.

2021-ci ildən millini çalışdırmış fransalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Millini kimin çalışdıracağı da dəqiqdir. Yığma komanda Ramaz Svanadzeyə tapşırılıb. O, Gürcüstan yığmasını 2028-ci ilə qədər çalışdıracaq.

Qeyd edək ki, Ramaz Svanadaze "İnter"də(indiki "Şamaxı") Zaur Svanadzenin köməkçisi kimi işləyib.

Xəbər xətti