İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandanın 2026-cı il Dünya Çempionatındakı çıxışı barədə danışıb.
Sportal.az xəbər verir ki, İspaniya finalda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək kuboku qazanıb.
“Ümumilikdə hər oyunun gedişinə nəzarət edirdik. Çoxsaylı çətinliklərə baxmayaraq, daha yaxşı oynadığımızı hiss edirdik. Rəqiblərimiz demək olar ki, qapımıza zərbə vurmurdular, biz isə çoxlu qol imkanları yaradırdıq... Amma həmişə nəzərə alırdıq ki, bütün bunlara baxmayaraq, məğlub olmaq da mümkündür. Fransa ilə oyun həm müdafiədə, həm də hücumda bizim üçün demək olar ki, ideal idi.
Turnir zamanı deyirdilər ki, heyətində Messi olan Argentina, Mbappe olan Fransa, Ronaldo olan Portuqaliya ilə qarşılaşacağıq... Amma onlar da heyətində 26 futbolçu olan İspaniyaya qarşı oynamaq məcburiyyətində idilər. Bu, demək olar ki, 300 spartalıya qarşı oynamaq kimi idi.
Həlledici rolu komanda, kollektiv oynadı. Hətta Lamine Yamal da... Bilirəm ki, onun ətrafında böyük səs-küy var, çünki o, futbol dahisidir, ən yaxşı formasında olmasa belə, Dünya Çempionatında əla çıxış etdi”, — deyə de la Fuente "L’Équipe"yə müsahibəsində bildirib.
saytlarin hazirlanmasi
