Sabiq baş nazirin nəticəsi "Latsio" ilə yeni müqavilə imzaladı

23:11 - 10 Noyabr 2026

“Latsio” 23 yaşlı müdafiəçisi Romano Floriani ilə müqavilənin müddətini uzatdığını açıqlayıb. Yeni müqavilə 2031-ci ilə qədər nəzərdə tutulub.

Sportal.az xəbər verir ki, Romano 1922–1943-cü illərdə İtaliyaya rəhbərlik etmiş, ölkənin keçmiş baş naziri və Milli Faşist Partiyasının lideri Benito Mussolininin nəticəsidir. O, Benitonun nəvəsi, siyasətçi Alessandra Mussolininin üçüncü övladıdır.

Floriani 2016-cı ildə “Roma”nın akademiyasından “Latsio”ya keçib.

Qeyd edək ki, Romano cari mövsüm A Seriyasında 9 oyuna çıxıb və 1 qol vurub.

Xəbər xətti