Karlo Ançelotti Kakanı tənqid etdi

01:38 - 28 İyul 2013

"Kakanın xüsusi məşqə ehtiyacı var"

 

Madrid "Real"ının yeni baş məşqçisi Karlo Ançelotti ulduz futbolçusu Kakadan danışıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı oyunçunun fiziki hazırlığının zəif olduğunu deyən təcrübəli mütəxəssis fikrini belə izah edib:

 

"Komandadakı bütün futbolçular kimi onun da əhval-ruhiyyəsi yaxşıdır. Amma Kakanın xüsusi məşqə ehtiyacı var. O daha çevik olmalıdır. 2 gündür məşq edir və növbəti günlərdə necə olacağını birlikdə görəcəyik. Mütləq fiziki olaraq güclənməlidir".

Xəbər xətti