Riçard Almeyda "Gefle" ilə oyuna çıxmayacaq ŞOK

12:35 - 5 Avqust 2013

Braziliyalı xəstəxanadan çıxdı, amma...

 

Dünən Premyer Liqanın ilk turu çərçivəsində keçirilən “İnter” – “Qarabağ” matçında xoşagəlməz hal yaşanıb. Oyunun son dəqiqələrində “Qarabağ”ın futbolçusu Riçard Almeyda “İnter”in futbolçusu ilə toqquşmada zədə alıb.

 

Dərhal xəstəxanaya aparılan Riçard Almeydanın kəllə-beyin travmasının aldığı müəyyən edilib. Vəziyyəti yaxşılaşdığı üçün braziliyalı futbolçu evə buraxılıb.

 

Lakin onun “Gefle” ilə oyunda meydana çıxmayacağı müəyyənlşib. Onun ən azı bir həftə müalicə olunması gərəkir. 

 

Qeyd edək ki, ilk turda keçirilən “İnter” – “Qarabağ” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Cumbinyo və Corc Leroy, meydan sahiblərinin heyətində isə Vaqif Cavadov fərqlənib. 

Xəbər xətti