"Barselona" axtardığı baş məşqçini tapdı

00:47 - 6 May 2014

Martino komandanı tərk edir
 
"Barselona"da Tata Martinonun gedəcəyi dəqiqləşib. Kataloniya klubu uğursuz keçən mövsümdən sonra argentinalı baş məşqçi ilə davam etməmə qərarı alıb.
 
Sportal.az xəbər verir ki, "Barselona"nın idman direktoru Andoni Subisarreta "Celta Viqo"nun baş məşqçisi Luis Enrike ilə gizli görüş keçirib. Növbəti mövsümdən etibarən komandanı məhz 43 yaşlı mütəxəssisin çalışdıracağı bəlli olub.
 
Ötən gün "L`Equipe"in xəbərində "Atletik"in baş məşqçisi Ernesto Valverdenin "Barselona"nın təklifini rədd etdiyi iddia edilmişdi.
 
1996-2004-cü illər arasında "Barselona" forması geyən 43 yaşlı məşqçi 2008-2011-ci illərdə "Barselona" B komandasını idarə etmişdi.

Xəbər xətti