Ronaldo Ronaldonu öz heyətinə salmadı

18:10 - 2 Yanvar 2015

Braziliyalı Portuqalıyalını məyus etdi

 

Məşhur braziliyalı futbolçu Ronaldo öz fikrinə görə, futbol tarixinin yığma komandasını müəyyənləşdirib.

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Braziliya millisinin sabiq üzvü ulduz futbolçu Kriştiano Ronaldonu bu heyətdən kənarda qoyub.

 

Ronaldonun ən yaxşı 11-liyi diqqətinizə çatdırır:
 
İribar, Maldini, Bekkenbauer, Kafu, Maradona, Zidan, Xavi, Kroyf, Pele, Di Stefano, Messi

Xəbər xətti