"Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev "instagram" sosial şəbəkə hesabının hekayə bölməsində azarkeşlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu müxtəlif suallara cavab verib:
- Sizcə, dünyanın ən yaxşı klubu hansıdır?
- "Liverpul".
- Üz-üzə gəldiyiniz ən çətin futbolçu?
- Kilian Mbappe.
- Kriştiano Ronaldo, yoxsa Lionel Messi?
- Ronaldo.
- "İmarət Tayfa" sizin üçün nə deməkdir?
- Futbolun məqsədi. Futbol sizin üçündür.
- İstirahət üçün ən yaxşı yer?
- Dubay.
- "Qarabağ"da ən güclü futbolçu kimdir?
- Mahir Mədətov, Abdullah Zubir, Yakub Jezniçak, Dani Kintana, Qara Qarayev, Araz Abdullayev, Miçel, Donald Gerye, Filip Ozobiç.
- Bolqarıstanın tarixində ən yaxşı futbolçu.
- Xristo Stoiçkov.
- Bakı, yoxsa Dubay?
- Bakı.
- Kriştiano Ronaldo haqda nə düşünürsünüz?
- Futbol tarixinin qüsursuzu.
- Abdullah Zubir, yoxsa Luka Modriç?
- Zubir driblinqdə Modriçdən daha yaxşıdır.
- "Qarabağ"da xoşbəxtsiniz?
- Bəli.
- Bolqarıstanlı futbolçulardan kimləri "Qarabağ"da görmək istəyirsiniz?
- Dimitar Evtimov, Bojidar Çorbadjiyski, Milen Qamakov və Georgi Milanov.
- Daha güclü komandada oynaya bilərsiniz?
- Bəli, amma bunun üçün çox çalışmaq, daha istəkli olmaq lazımdır. Həm də yaxşı menecerə sahib olmalısan.
- Bolqarıstana qayıtmaq barədə düşünürsünüz?
- Hələlik, belə bir planım yoxdur. Amma gələcəkdə nəyin necə olacağını kimsə bilmir.
- Apollon Limassol barədə düşüncələrin necədir?
- Böyük şəhər, böyük fanatlar və böyük komanda.
- Futbolçu olmsaydın, hansı peşəni seçəcəkdin?
- FIFA-nın peşəkar "playstadion" üzrə oyunçusu.
- Hazırda hardasınız?
- Maldiv adalarında.
- "Birmingem"lə bağlı düşüncələrin?
- Onlar yaxşıya doğru gedirlər. Ümid edirəm ki, Premyer Liqaya qayıdacaqlar.
- "Sportinq"lə bağlı nə deyə bilərsən?
- Siz soruşun, cavablandırım.
- "Sportinq"ə transfer olduğunuz üçün peşmansınız?
- Xeyr.
- "Real", yoxsa "Barselona"?
- "Real".
- "Qarabağ" növbəti mövsüm Çempioonlar Liqasına vəsiqə qazana bilər?
- Bunun üçün əlimizdən gələni edəcəyik
- Sənin üçün baş məşqçi ilə birgə ideal 11-lik necədir?
- Noyer - Marselo, Ramos, Lam - Xavi, Cerrard, Ronaldinyo, Zidan - Kriştiano Ronaldo, Lionel Messi, Ronaldo
- Məsut Özil, yoxsa Luka Modriç?
- Modriç.
saytlarin hazirlanmasi