Sadiq Quliyevin "Zirə"dən ayrıldığı ilə bağlı xəbərlər təsdiqini tapmayıb.
Sportal.az saytına danışan 23 yaşlı müdafiəçisi şaiyələri təkzib edib: "Zirə"dən ayrılmamışam. Yayılan xəbərlər həqiqəti əks etdirmir. "Zirə" ilə mövsümün sonuna kimi müqaviləm var. Yanvarda klubdan ayrılmayacam".
Qeyd edək ki, Quliyev 2017-ci ilin yayında "Zirə"yə keçmişdi. O, "qartallar"da 2015/16 mövsümündə icarə əsasında da çıxış edib. Həmin dönəm komandanın əvəzedilməz simalarından olan gənc oyunçu "Zirə"nin ilk mövsümündə gümüş medallar qazanmasında xidməti olmuşdu.
saytlarin hazirlanmasi