Yanvarın 2-dən Türkiyənin Antalya şəhərinin Lara bölgəsində təlim-məşq toplanışında olan “Sabah” bu gün 2 məşq keçib.
Sportal.az xəbər verir ki, səhər məşqində fiziki, axşam məşqində isə taktiki-texniki çalışmalara üstünlük verilib.
Qeyd edək ki, “Sabah”ın Türkiyə toplanışı yanvarın 23-dək davam edəcək.