"Keşlə" ilk transferini reallaşdırıb.
Sportal.az "sports.kz" saytına istinadən xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Kaysar" klubundan Con Kamaranı transfer edib. Syerra-Leone millisinin üzvüylə 6 aylıq müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi son iki mövsüm oynadığı "Kaysar"ın heyətində Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Futbolçunun "Transfermarkt"da qiyməti 400 min avro göstərilir.
saytlarin hazirlanmasi