"Sabah"dan "Səbail"ə keçdi

13:56 - 8 Yanvar 2019

"Səbail" qış transfer pəncərəsində ilk keçidini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, "Sabah"dan ayrılan Elvin Yunuszadə  "Səbail"ə keçib. Millimizin üzvü "dənizçilər"lə 1,5 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi karyerası ərzində "Neftçi" (2011-2015) və "Qarabağ"ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub. Elvin Yunuszadə "Sabah"a 2018-ci ilin oktyabrında üz tutmuşdu.

Xəbər xətti