"Krılya Sovetov"un şərəfini qoruyan millimizin üzvü Ramil Şeydayev Türkiyə mətbuatında gündəmə gəlib.
Sportal.az "61saat.com" istinadən xəbər verir ki, 22 yaşlı forvardın son durumu barədə oxuculara məlumat verilib:
"Trabzonspor" Şeydayev üçün "Zenit"ə yetişdirmə haqqı ödəmişdi. Klub Ramili bir neçə kluba icarəyə verdi. Mövsümün əvvəlində transfer olduğu "Krılya Sovetov"da isə ehtiyat oyunçular skamyasına həbs edilib".
Qeyd edək ki, Ramil Şeydayev Samara klubunda 4 oyun keçirib (157 dəqiqə). O, bu oyunların birində start heyətdə meydana çıxıb.
saytlarin hazirlanmasi