"Qarabağ"da ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi milli komandamızın üzvü Coşqun Diniyevlə yollarını ayırıb.
Yarımmüdafiəçi karyerasını Premyer Liqanın debütantı "Sabah" klubunda davam etdirəcək. O, paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayıb.
2015-ci ildən "Qarabağ"da çıxış edən Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.
Qeyd edək ki, Coşqun Diniyevin qardaşı Kərim Diniyev də "Sabah"da çıxış edir.
saytlarin hazirlanmasi