"Sabah"ın "Qarabağ"dan transfer etdiyi Coşqun Diniyevin forma nömrəsi bəlli olub.
Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi paytaxt klubunda 91 nömrəli forma altında çıxış edəcək. Diniyev "Qarabağ"da da bu nömrə altında oynayıb.
Qeyd edək ki, millimizin üzvü "Sabah"la 3 illik müqavilə bağlayıb. Onun qardaşı Kərim Diniyev də qəsəbə təmsilçisində çıxış edir.
saytlarin hazirlanmasi