İslandiya yığma komandasının baş məşqçisi Erik Hamren açıqlama verib.
Sportal.az "futbolti.net"ə istinadən xəbər verir ki, 61 yaşlı çalışdırıcı klublarında ehtiyatda qalan milli üzlərinə görə narahat olduğunu bildirib. Hamren "Qarabağ"da çıxış edən islandiyalı qolkiper Hannes Haldorssonla Fransa "Dijon"unda oynayan Aleks Runnarssonun durumundan narazı olduğu dilə gətirib:
"Haldorssonla Runnarssonun durumlarına görə qayğılıyam. Hannes bir müddətdir ki, oynamır. Aleks də son zamanlar ehtiyatda qalır. Onlar milli üçün vacib futbolçulardır. Ümid edirəm ki, vəziyyət dəyişəcək. Onlar daim meydanda olmalıdırlar. Milli komandanın baş məşqçisi bu vəziyyətdə nəsə edə bilməz. Ümid edirəm ki, milli üzvləri çox oynamaq şansı qazanacaqlar".
Yayda "Qarabağ"a Danimarkanın "Randers" klubundan keçən 34 yaşlı qapıçı sonuncu dəfə ötən ilin noyabr ayında meydanda olub.
Qeyd edək ki, Haldorsson bir müddət öncə açıqlamasında "Qarabağ"dakı durumuna görə ayrılıq işarəsi vermişdi.
saytlarin hazirlanmasi