Antalyada təlim-məşq toplanışında olan "Sabah"ın növbəti yoxlama oyununun başlama saatı bəlli olub.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisinin Qazaxıstan "Tobol"u ilə görüşü sabah yerli vaxtla saat 17:00-da, "Titanik" otelinin stadionunda baş tutacaq.
"Sabah" bu oyundan başqa, yanvarın 19-da Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, hələlik sonuncu rəqibin adı məlum deyil.
Xatırladaq ki, "Sabah" Antalyada keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Eskişehirspor" klubunu 1:0 hesabıyla məğlub edib.
saytlarin hazirlanmasi