"Sumqayıt" cənubi azərbaycanlı hücumçunu transfer etdi

12:09 - 16 Yanvar 2019

"Sumqayıt" növbəti transferini reallaşdırıb.

 

Sportal.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi İranın "Maşin Sazi" klubundan Peyman Babayini rənglərinə bağlayıb. Elitada çıxış edən Təbriz klubunun forvardı münasibətləri rəsmiləşdirmək üçün "Sumqayıt"ın təlim-məşq toplanışı keçdiyi Türkiyənin Antalya şəhərindədir. 

 

Qeyd edək ki, Təbrizin "Traktor Sazi" klubunun yetirməsi olan 24 yaşlı cənubi azərbaycanlı hücumçu ötən il "Qostareş Fulad"dan "Maşin Sazi"yə keçmişdi.

Xəbər xətti