Mövsümün ikinci dövrəsinə Antalyada hazırlaşan "Səbail" bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ilk oyunda Macarıstanın I Divizion təmsilçiii "Aqvital"la üz-üzə gəlib. Qarşılaşma "dənizçilər"in aşağı liqa klubu üzərində 3:2 hesablı qələbəsiylə başa çatıb.
Komandalar dünən qarşılaşmalı olsalar da, Antalyada davam edən əlverişsiz hava şəraitinə görə oyun təxirə salınmışdı.
"Səbail" bu görüşdən başqa, Antalyada daha 2 yoxlama matçı keçirəcək. Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv yanvarın 21-i "Desna” (Ukrayna), yanvarın 24-ü isə "Kaysar"la (Qazaxıstan) qarşılaşacaq.
Yoxlama oyunu
16 yanvar
12:00. "Səbail" - "Aqvital" (Macarıstan) 3-2
Qollar: Kevin Kubemba, 44, Ruslan Qurbanov, 68, 90
saytlarin hazirlanmasi