Antalyada təlim-məşq toplanışında olan “Səbail”in növbəti yoxlama matçının vaxtı müəyyənləşib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 19-da İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.
“Miracle Resort” idman kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstanın I Divizion klubu “Aqvital”ı 3:2 hesabı ilə məğlub etmişdi.
saytlarin hazirlanmasi