"Qarabağ"ın yağışlı havada məşqi VİDEO

10:51 - 22 Yanvar 2019

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam komandası günü iki məşqlə tamamlayıb.

 

İlk məşq fitnes zalında tutub və təxminən bir saat davam edib. Günün ikinci məşqi yerli vaxtla saat 17:00-da start götürüb. Futbolçular bu hazırlığın ilk hissəsində isinmə hərəkətlərindən sonra müəyyən fiziki təmrinləri və toplu çalışmaları yerinə yetirib.

 

Yağışlı hava şəraitində baş tutan məşqin ikinci hissəsində isə komanda 3 qrupa bölünüb və ikitərəfli oyun oynayıb. Bu dueldə isə "bozlar" qalib gəlib. 

 

Xəbər xətti