"Səbail" - "Kaysar" (Qazaxıstan) yoxlama oyunu yarımçıq dayandırlıb.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, matç əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib. Oyunun 20-ci dəqiqəsində tərəflər görüşün ləğv olunmasına qərar veriblər.
"Səbail" bu gün keçirdiyi ilk yoxlama oyununda Braziliyanın III liqa təmsilçisi "Raça Sport"a 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bunadək 3 oyun keçirən Aftandil Hacıyevin komandası Macarıstan “Aqvital”ına 3:2, Ukrayna "Desna"sına 2:1 hesabı ilə qalib gəlib, İsveçrə "Sürix"i ilə oyun isə heç-heçə başa çatıb - 1:1.
saytlarin hazirlanmasi