"Zirə" növbəti transferini reallaşdırıb.
Sportal.az "Botswana Football"a istinadən xəbər verir ki, "qartallar" Mfo Kqasvaneni rənglərinə bağlayıb. Bakıətrafı qəsəbə klubu Botsvana millisinin üzvüylə 6 ay + 1 illik müqavilə imzalayıb.
29 yaşlı sol cinah vingeri ölkəsində "Baroka" klubunda çıxış edirdi.
Qeyd edək ki, "Zirə" malavili hücumçu Robin Nqalande ilə də anlaşıb. Hər iki transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.
saytlarin hazirlanmasi