"Qarabağ" Antalyada sonuncu məşqinə çıxdı: zədəlilərin son durumu açıqlandı

00:58 - 26 Yanvar 2019

"Qarabağ" Antalyada baş tutan qış təlim-məşq toplanışında sonuncu məşqinə çıxıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, son hazırlığı axşam saatlarında meydançada baş tutub. Futbolçular isinmə hərəkətlərinin ardından taktiki çalışmaları yerinə yetirib. Məşq iki tərəfli oyunla yekunlaşıb. 

 

Mikrozədələri olan iki futbolçu: Miçel və Abdullah Zubir komandaya qoşulub. Digər zədəli futbolçu: Reynaldo Silva isə fizioterapevt nəzarəti altında fərdi məşqlə kifayətlənib.

 

Ağdam klubu sabah yerli vaxtla 12:00-da Ukraynanın "Şaxtyor" klubuyla yoxlama matçı keçirəcək. Qarşılaşma "CBC Sport" telekanalı vasitəsiylə canlı yayımlanacaq.

Xəbər xətti