Amit Quluzadə Bosniya və Herseqovina klubunda ÖZƏL

15:33 - 26 Yanvar 2019

Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatmaq üzrədir.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, millimizin sabiq yarımmüdafiəçisi karyerasını Bosniya və Herseqovinada davam etdirə bilər. 26 yaşlı futbolçu üç gün öncə yüksək liqada çıxış edən klubların birinin Antalyadakı təlim-məşq toplanışına qatılıb. Quluzadənin performansı məşqçiləri qane etsə, rəsmi müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.

Xəbər xətti