Qış fasiləsində "Sabah"dan ayrılaraq, Belarusun "Qomel" klubuna keçən Vitali Kvaşuk müsaihbə verib.
Spotal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına müsahibəsində Azərbaycandakı karyerası barədə də danışıb.
- "Qomel"ə keçidin necə alındı?
- "Qomel"dən təklif alanda uzun müddət fikirləşmədim və demək olar ki, bura gəlməyə razı oldum. Bilirdim ki ki, futbol oynamaq üçün burada hər şərait var: atmosfer, azarkeşlər və peşəkar inkişaf üçün qayğı. Əlbəttə, həm də Kiyevə yaxındır.
- Belarusu seçən ukraynalı futbolçular coğrafi cəhəti nəzərə alaraq, bunu edirlər. Sən də belə etmisən?
- Bəli! Həyat yoldaşım mənə dedi ki, gəl, bir az evə yaxın olaq. Ailəm Kiyevdə yaşayır. Onlar son altı ayda tez-tez Azərbaycana gəlməyə məcbur idilər. Görünür, "Qomel"ə keçməyim hər kəsə uyğun oldu.
- Azərbaycana uyğunlaşmaq çətin idi ki?
- Mənim fiziki cəhətdən problemim yox idi. Bakıya gecə 03:00-da çatdım və havanın temperaturu 25 dərəcə idi. Bəzən bir yerə alışmaq üçün mənə bir həftə vaxt lazım olur. Həm də yerli mentalitetə də uyğunlaşmaq lazımdır. Mənim müşahidələrimə görə, digər potsovet ölkələrindən olanlar başqa əcnəbilərlə müqayisədə Azərbaycana bir az çətin adaptasiya olurlar.
- Azərbaycana yollanmağın təsadüf alındı?
- Hələ bir il əvvəl də Azərbaycanda oynamaq imkanım olub. Sonradan danışıqlar yarımçıq qaldı. Yerli çempionatda bir neçə oyunu izlədim və komandaların səviyyələrinin çox ciddi olduğunu söyləyə bilərik. Azərbaycan çempionatı legionerlərin sayəsində yaxşı səviyyədə saxlanılır. Rəqabət də yaxşıdır. Mən "Sabah"da Marko Deviç kimi usta futbolçu ilə birgə oynamaq şansı qazanmışam. Əminliklə söyləyirəm ki, bu fakt mənə çox kömək oldu.
- Belarus və Azərbaycan çempionatlarının fərqi nədir?
- Belarus futbolunda əsas gücə və mübarizəyə üstünlük verirlər. Komandalar tez-tez uzun ötürmələrdən də istifadə edirlər. Azərbaycanda gücə üstünlük verən çox komanda yoxdur. Daha çox yerlə ötürmələr və hücuma sürətli qoşulmağa üstünlük verirlər. Ola bilər ki, azərbaycanlı futbolçular taktiki cəhətdən geri qala bilər, ancaq fərdi ustalığa görə həmin çatışmazlığı sığortalayırlar.
- "Qomel"dən başqa hansı klubdan təklif almışdın?
- Danışıqlar var idi, ancaq konkret nəsə yox idi.
- Hansı mövqeydə oynamağı xoşlayırsan?
- Yarımmüdafiənin sağ cinahında. Hücumlar zamanı mərkəzdə və ikinci hücumçu kimi də çıxış edirəm.
saytlarin hazirlanmasi