"Qarabağ" Türkiyə toplanışını başa vurdu

00:20 - 27 Yanvar 2019

“Qarabağ” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vurub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu ötən gün keçirdiyi Ukrayna “Şaxtyor”u (Donetsk) ilə yoxlama matçından sonra Antalyada baş tutan qış hazırlığını tamamlayıb.

 

Qurban Qurbanovun kollektivi bu gün Azərbaycana qayıdacaq.

 

Qeyd edək ki, “Qarabağ” Antalya hazırlığı zamanı “Uypeşt”ə (Macarıstan) uduzub (0:1), “Bohemians”ə (Çexiya) qalib gəlib (3:1), “Pyast”la (Polşa) heç-heçə edib (1:1). “Şaxtyor”la görüşdə də 1:3 hesablı məğlubiyyət qeydə alınıb.

Xəbər xətti