"Sumqayıt" baxışda olan futbolçularla bağlı qərar verdi: Peyman qaldı, ikisi göndərildi

14:14 - 28 Yanvar 2019

"Sumqayıt" baxışda olan futbolçularla bağlı qərar verib. 

 

"Gənclik şəhəri" təmsilçisi İranın "Traktor Sazi" klubunun yetirməsi Peyman Keşvarsı komandada saxlayıb. Cənubi azərbaycanlı futbolçu baxışda olduğu müddətdə performansı ilə məşqçilər korpusunu razı salıb. Digər baxışda olan Valeh Seyidovla Elvin Bədəlov isə klubda qalmayacaq.

 

Bu barədə Sportal.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov məlumat verib:

 

"Peymanla müqavilə imzalamağa qərar verdik. Digər futbolçular üçün isə rəqabət aparmaq çətin olacaqdı. Həm də futbolçu sayı çoxalır. İstərdik ki, daha bir irəli xətt oyunçusu alaq. Ancaq heç kim yoxdur. Transfer olmasa da, çempionata hazırıq. Futbolçularımız var, hazırlıq keçmişik. Rəhbərliyin işindən razı qaldım. Qışda transfer etmək çətindir. Qış fasiləsindən öncə transfer işləri aparırdıq. Bəzi futbolçuları heyətimizə qata bilmədik, klubları buraxmadı. Ən azı iki transfer etmişiksə, bu, müsbət haldır. Transferlərdən razı qaldım".

 

Qeyd edək ki, Keşvars 2010-14-cü illərdə Təbriz klubunda çıxış etdikdən sonra Əhvazın "İstiqlal" klubuna keçib. 22 yaşlı müdafiəçi "Maşın Sazi"də də çıxış edib. Peyman son olaraq, Omanın "Yasan Əl Vaste" klubunda top qovub.

Xəbər xətti