AFFA "Keşlə"nin stadionunda təmir işlərini təxirə salıb?

16:38 - 28 Yanvar 2019

"Keşlə"nin ev oyunlarını keçiridiyi "ASK Arena"nın ot örtüyünün qış fasiləsində dəyişdiriləcəyi gözlənilirdi. Hətta işlərin ötən ilin dekabr ayından başlayacağı söylənilirdi.

 

Ancaq "ASK Arena"da planlaşdırılan işlər reallaşmayıb və stadionun örtüyü əvvəlki kimi futbolçuların qorxulu yuxusudur. AFFA zədə mənbəyi hesab edilən arenada təmir işlərini təxirə salıb. Ot örtüyünün nə zaman dəyişdiriləcəyi isə bəlli deyil.

 

Sportal.az-a açıqlama verən paytaxt klubunun mətbuat katibi Səbuhi Məmmədov işlərin nə zaman start götürəcəyini bilmədiklərini deyib: "Dəqiq məlumatımız yoxdur. Bəlkə AFFA-da daha dəqiq bilərlər. Stadionda heç bir şey baş verməyib. Çempionatın startına günlər qalıb, artıq gecdir. Yəqin ki, təmir işləri mövsümün sonuna qalar".

Xəbər xətti