Uçan dam örtüyünə görə xaricdən mütəxəssislər çağırdılar

17:47 - 28 Yanvar 2019

Bakıda bir neçə gün əvvəl güclü külək nəticəsində Tofiq Bəhramov adına Respublika Stadionunun sektorlarından birinin uçmuş dam örtüyü bərpa olunur.

 

Sportal.az xəbər verir ki, bu barədə "trend"ə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Şamil Quliyev bildirib.

 

Onun sözlərinə görə, örtüyün bərpası üçün xaricdən mütəxəssislər də çağırılıb: “Örtük bərk parça materialdan olduğuna görə güclü külək onu dirəklərdən qopararaq uçurmuşdu. Örtüyün yenidən bərpası mürəkkəb iş olduğu üçün koreyalı mütəxəssislər dəvət olundu, çünki vaxtilə tikinti işlərini də onlar həyata keçirmişdilər. Mütəxəssislər stadiona gələrək hər şeyi analiz edib bərpa işlərinin necə aparılacağını göstərdilər".

 

Quliyev hazırda yerli mütəxəssislər tərəfindən bərpa işlərinin aparıldığını deyib.

Xəbər xətti