Futbol agenti Valerius Mijiqurskis "Qalatasaray"ın bir müddət öncə "Zenit"in hücumçusu Artem Dzyubanı transfer etmək istədiyini açıqlayıb.
Sportal.az sport24.ru-ya istinadən xəbər verir ki, agent 30 yaşlı hücumçunun Türkiyədə oynamaq istəmədiyini deyib: "Qalatasaray" rəhbərliyi mənimlə əlaqə qurdu. Düzdür, mən Dzyubanın agenti deyiləm, ancaq yaxın dostuq. Ona "Qalatasaray"ın təklifini dedim, ancaq mənə "xeyr" cavabını verdi. Dzyuba karyerasını Türkiyədə davam etdirmək istəmir. Əgər razılaşaydı, "Qalatasaray" hərəkətə keçəcəkdi. Fatih Terim Dzyubanın keçidini çox istəyirdi. Ancaq Dzyubanın imtina etməsindən sonra söhbət bağlandı".
Qeyd edək ki, Rusiya millisinin üzvü bu mövsüm 23 oyuna 10 qol vurub, 7 assist edib.
saytlarin hazirlanmasi