Simeon Slavçev: “Qarabağ”da xoşbəxtəm”

14:30 - 29 Yanvar 2019

“Qarabağ”ın bolqarıstanlı futbolçusu Simeon Slavçev ölkəsində “Kanal3” televiziyasına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Ağdam klubunda xoşbəxt olduğunu deyib: "İndi daha rahatam. Bir klubla uzunmüddətli müqavilənin olması həmişə xoşdur. “Qarabağ”da xoşbəxtəm. Yüksək hədəfləri olan komandada oynamaq istəyirdim. “Sportinq”də karyeramın alınmamasına görə əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam”.

 

Qeyd edək ki, Bolqarıstan millisinin üzvü ötən yay "Sportinq"dən "Qarabağ"a keçib.

Xəbər xətti