"Keşlə"dən ayrılan Vaqif Cavadov ölkə xaricinə yollanmağa hazırlaşır.
Sportal.az saytının məlumatına görə, 29 yaşlı futbolçu Türkiyənin aşağı liqa klubları ilə danışıqlar aparır. Cavadova qonşu ölkədən ciddi təklif var və o, buna görə düşünmək qərarına gəlib.
Qeyd edək ki, Cavadov ötən mövsümün qış fasiləsində "Keşlə"yə 6 ay futbolsuz qaldıqdan sonra keçmişdi. Millimizin sabiq üzvü ölkə xaricində "Tvente", "Volqa", "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edib.
saytlarin hazirlanmasi