Dario "Neftçi"dən ayrıldı: yeni klubu bəllidir

17:41 - 30 Yanvar 2019

Dario Frederiko “Neftçi”dən ayrılıb. Braziliyalı futbolçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı vinger bu ölkənin “Daequ” klubuna keçib. Tərəflər keçiddə anlaşıblar. Cənubi koreyalılar "sambaçı" üçün “Neftçi”yə təzminat ödəyəcəklər.

 

Frederiko mövsümün əvvəlində “Kəpəz”dən Bakı klubuna keçmişdi. O, "ağ-qaralar"ın heyətində 17 oyunda 3 qol vurub.

Xəbər xətti