Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.
Sportal.az xəbər verir ki, 15-ci turun açılış matçında "Zirə” debütant “Sabah”ı qəbul edib və 0:2 hesabı ilə uduzub.
Günün digər oyununda isə "Keşlə" doğma meydanda "Səbail"lə qarşılaşıb ve meydandan 0:3 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
Topaz Premyer Liqası
XV tur
2 fevral (şənbə)
“Zirə” – “Sabah” - 0:2
Qollar: Marko Deviç, 47 (pen.), Rəşad Eyubov, 68
Qırmızı vərəqələr: Vüqar Mustafayev, 62 ("Zirə") - Məqsəd İsayev, 25 ("Sabah")
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:30
“Keşlə” – “Səbail” - 0:3
Qollar: Kevin Kubemba, 14, Elvin Yunuszadə, 53, Ağabala Ramazanov, 59
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASK Arena”, 19:00
saytlarin hazirlanmasi