Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Sumqayıt"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Tura "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulub. Oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
3 fevral (bazar)
“Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Stiven Monroz, 84
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 14:00
“Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Dani Kintana, 6 - Mamadu Mbodj, 30
Qırmızı vərəqələr: Qara Qarayev, 90+2 ("Qarabağ") - Anton Krivotsyuk, 70 ("Neftçi")
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30
saytlarin hazirlanmasi