Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah" səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdi. Oyundan sonra qonaqların hücumçusu Marko Deviç jurnalistlərə müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Matçla bağlı nə deyəcəksiniz?
- 25-ci dəqiqədə futbolçumuza qırmızı vərəqə verdilər. Deyərdim ki, bu komandamızı daha da gücləndirdi. “Zirə”yə hörmətlə yanaşıram. Ancaq deyərdim ki, meydanda on nəfərlə qaldığımızı heç hiss etmədim. Nəticəyə baxmayaraq, biz 90 dəqiqə meydanda yaxşı işlədik. Buna görə də çox şadam.
- 10 nəfərlə sanki “Sabah” daha yaxşı oynadı, sanki sizə bir nəfər azlıqda oynamaq daha asan idi..
- Xeyr, belə deməzdim. Təbii ki, 11 nəfər olanda asan olur. Ancaq sadəcə, belə alındı.
- Baş hakim sarı və qırmızı vərəqələr göstərdi. Hakimlik barədə nə demək istərdiniz?
- Hakimlik barədə şərh verməyəcəm. Sadəcə, deyə bilərəm ki, hakim elə görürdüsə demək var idi. Biz bu işlə məşğul olmamalıyıq. Hər bir insanın öz fikri var. Mən başqa cür deyərəm, siz başqa cür. Hakimlərə qiymət verən, işini dəyərləndirən qurum var. Amma deməzdim ki, baş hakim oyunun gedişinə təsir etdi.
- “Zirə”nin futbolçusu qırmızı vərəqə alan epizodda, demək olar ki, sizin təcrübəniz buna kömək oldu?
- Həmin epizodda qırmızı vərəq var idi. Bəli, məni rəqib vurmuşdu. Baş hakim də epizoda yaxın idi. Heç bir simulyasiyadan söhbət belə gedə bilməz. Sadəcə oyunçu emosiyalarını kontrol edə bilmədi. Sonradan rəqib də 10 nəfərlə qaldı. Gizlətməyəcəm, bu da hardasa bizə kömək oldu. Qırmızı vərəqə epizoduna gəlincə, təcrübəm kömək oldu ya yox, deyərdim ki, hə.
- Ölkə çempionatında yeddinci qolunuzu vurdunuz. Çoxları düşünür ki, liqanın bombardiri siz olacaqsanız. Özünüz bu barədə nə düşünürsünüz?
- “Neftçi” və “Qarabağ”da da yaxşı oyunçular var. Mən oyundan-oyuna köklənirəm. Əsas odu ki, komandamız yaxşı çıxış etsin. Mən bombardir olacam ya yox, bu o qədər də önəmli deyil. “Sabah”ın birinci ilindəcə özünü ən yaxşı tərəfdən göstərməsini istəyərdim. Bombardir olmaq, təbii ki, hər bir oyunçu üçün xoş olardı. Amma mən hər oyunda komandama hər cür kömək olmağa konsentrasiya oluram. Assist etmək, qol vurmaq, rəqibə qırmızı vərəqə aldırmaq, hamısı ilə komandama kömək olmağa çalışıram.
- “Sabah” növbəti turda “Qəbələ” ilə qarşılaşacaq. Evdə qalib gələ biləcəksiz?
- “Qəbələ” güclü və yaxşı komandadı. Bunu özümüz də bilirik. Qalib gəlməyə çalışacağıq. Amma asan olmayacaq. Bu komanda bizi kubokda iki dəfə məğlub edib. Təəssüflər olsun ki, bu oyunlara televizordan baxdım. Əsas odu ki, qışdan sonrakı birinci turda qalib gəldik. Bu, bizə daha da güc verir. Biz maksimum dərəcədə şanslarımızdan istifadə etməyə çalışacağıq. “Qəbələ”yə hörmətlə yanaşırıq, oyun ağır olacaq. Onlar hər zaman üst pillələrdə olub.
- “Sabah” medalçılar sırasına düşsə də, avrokuboklara yollanmayacaqsınız. Oyunlara necə motivasiya olursuz?
- Mən bu barədə bilirdim. Üçüncüdü dördüncü pillədə olanda da sən özünü göstərirsən. Bütün komanda olaraq özümü göstəririk. Çünki hər birimizi hər zaman yüksək yerlərdə çempionatı bitirmək istəyirik. Təbii ki, təəssüf ki, belədi vəziyyət. Amma qarşıda hələ çox oyun var. Çempionat elədi ki, 2-3 tura hər şey dəyişə də bilər. Çempionata yaxşı başladıq. Uşaqların adına da sevinərəm. Rəşad Eyyubovu, Coşqun Diniyevi, Təmkin Xəlilazdəni debütə görə təbrik edirəm. Hamımız xarakter göstərdik və nəticə gəldi.