"Rəqib qol vurana kimi hər şey plan üzrə gedirdi. Qapımızda qol buraxdıqdan sonra sanki psixoloji cəhətdən eniş yaşadıq. Ancaq yekunda nəticəni ədalətli hesab etmək olar".
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib. İspaniyalı futbolçu vurduğu qol barədə fikirlərini bölüşüb: "Hər zaman komandaya kömək etməyə hazıram və bundan məmnunam. Ancaq təəssüf ki, mənim bu gün vurduğum qol komandaya qələbə gətirmədi və evə könülsüz gedirəm".
Dani oyunun sərt keçməsini normal hesab edib: "Fikrimcə, matçın sərt keçməsi normaldır. Liderlərin mübarizəsi idi. Bir o qədər də çox sərt deyildi, normal şərtlər altında oynadıq".
saytlarin hazirlanmasi